Xoşbəxt vətən arzulu əziz yazıçı - Əzizə xanım Cəfərzadə
Ədəbiyyat
Oxunub: 3296
17 Jan 2023 | 13:20
Xoşbəxt vətən arzulu əziz yazıçı - Əzizə xanım Cəfərzadə
“Xalqlar həbsxanasının dağılmasından sonra Kirovun Bakının dağüstü parkındakı “çalağana bənzəyən heykəl”inin uçurulduğu gün həyatımda ən xoşbəxt gün idi.” – Həyatındakı ən çox xoşbəxt günü belə anladırdı o... – Millətinin, dövlətinin, Vətəninin anlamlı gününü öz həyatının ən xoşbəxt günü saymaq, ömrünü millətinin ömrünə qatmaq deməkdir, ürəyi Vətənlə bir döyünmək deməkdir... Bunu söhbətlərimiz, müsahibələrimiz zamanı bir neçə dəfə səsləndirmişdi. Və bu anı anlatdığı zaman o gözlərin dərinliyindəki mənanı, o təlatümlü illərin yaşantılarından sonra belə bir sevincin doğurduğu həyəcanı sözlə ifadə etmək çox çətin idi. Xalqımıza ən böyük arzusunu belə dilə gətirirdi: “Gələcək nəslimiz üçün sakit, dinc, müstəqil bir vətən istəyirəm, xoşbəxt bir istiqbal arzulayıram”. Bu möhtəşəm qadın uşaqlıq, gənclik illərimdə, jurnalistlik fəaliyyətim dövründə hər zaman heyranlıqla oxuduğum, yaradıcılıq nailiyyətlərini izlədiyim, yaxından tanımaqdan böyük məmnuniyyət duyduğum, söhbətlərindən və müsahibələrindən böyük zövq aldığım, bir neçə dəfə ədəbi dialoq, müsahibə, fikir mübadiləsi aparmaq şərəfinə, xoşbəxtliyinə nail olduğum Əzizə Cəfərzadəydi (1921-2003).
 
ezize.PNG (1.98 MB)
 
2023-cü ildə vəfatının 20-ci ildönümü olan bu böyük yazıçının, önəmli ədəbi şəxsiyyətin, əzəmətli qadının, 2021-ci ilsə 100 illik yubiley iliydi. Çox şadam ki, yubiley ilində qədirbilən aydınlarımız Əzizə xanımı çoxsaylı tədbirlərlə, kitablarla gözəl şəkildə andı. Vəfalı övladı Turan İbrahimov tərəfindən əsərlərinin külliyyatı hazırlandı, nəfis şəkildə gün üzü gördü. Biz də MM Mədəniyyət Komitəsi olaraq, ortaq türk qurumlarının iştirakı ilə yaddaqalan onlayn konfrans keçirdik, qardaş Özbəkistanda, Türkiyədə də kitabları yayınlandı və s.
 
O, milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX yüzil Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri kimi xalqımıza əzizdir. Yazıçı, nasir, tarixi roman janrının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan, bir sözlə, bir ömrə bir neçə ömrün işlərini sığdıran Əzizə Cəfərzadə haqqında yazmaq və danışmaq həm asan, həm də çətindir. Biz onun yaradıcı şəxsiyyətini çoxşaxəli fəaliyyətindən – əsərlərindən, kitablarından, televiziya, radio verilişlərindən yaxşı tanıyırıq. Amma bu zəngin fəaliyyət yolunu bütün çalarları, parametrləri ilə geniş şəkildə əhatə etmək, anlatmaq o qədər də asan deyil. Çünki Əzizə Cəfərzadənin keşməkeşli ömrü çox kiçik yaşlarından başlayan bir mübarizə yoludur. İlk qələm təcrübəsi olan “Əzrayıl” adlı hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirdiyi vaxtdan ədəbi həyata vəsiqə alan yazıçının həyat və yaradıcılıq yolu o qədər böyük və genişdir ki, onu araşdırdığın, haqqında yazdığın zaman bu zənginliyə heyran olmamaq mümkün deyil.
 
Bütöv bir ömrü çətinliklər, sınaqlar, imtahanlar və təlatümlərlə keçmişdi. Amma heç zaman qürurunu, mətanətini sındırmamışdı. Bütün çətinliklər qarşısında təmkinlə, vüqarla dayanıb məğrurluğunu qoruya bilmiş, mübarizəsini davam etdirərək xalqı üçün qiymətli bir ədəbi irs qoymuşdu. Bu zəngin ədəbi irsin hər bir səhifəsi isə Vətənin milli-tarixi taleyi, mənəvi-əxlaqi dəyərləri, ulu mədəniyyəti ilə bağlıdır. Buna görə də həmin əsərlər Azərbaycanın bu günkü və gələcək nəsilləri üçün çox dəyərli milli-mənəvi mirasdır.
 
1937-ci ildə əski Azərbaycan əlifbası ilə yazılan kitabların yandırılması barədə qərar veriləndə Əzizə xanım evlərində bu əlifba ilə yazılan kitabları həmin yanğınlardan qorumaq üçün bir kisəyə yığaraq çay kənarında basdırmışdı. Bu hadisə qeyri-ixtiyari Səməd Vurğunun 1947-ci ilin yanvarında yazdığı “Yandırılan kitablar” şeirini yada salır. Həmin vaxt da Fars-Molla irticaçıları Azərbaycan türkcəsində olan kitabları evlərdən yığıb Tehranın küçələrində qalanan böyük tonqallarda yandırırdı. Həmin şeir 1946-cı ildə Güney Azərbaycan türklərinə qarşı soyqırım aktı zamanı milli mədəniyyətimizi məhv etmək cəhdlərini xatırladırsa, 1937-ci ildə Stalinin əmri ilə yandırılan kitablar da Quzey Azərbaycanda eyni barbarlıqla milli dəyərlərimizə zərər verildiyini göstərir; lakin məhz Əzizə Cəfərzadə kimi aydınlarımız sayəsində o kitabların tamamilə məhvinə nail ola bilmədilər. Həmin kitabları yanğınlardan gizlədənlər, qoruyanlar Sözün yaşamasına xidmət etmiş oldu...
 
Sovet dövrünün ideoloji təzyiqlərinin ən sərt vaxtlarında Əzizə Cəfərzadə yaradıcılığı da belə bir sarsıdıcı durumla üzləşmişdi. 1948-ci ildə çap edilən ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılmışdı. Yazıçını “Axmatovşina”da təqsirləndirərək bu əsərlərdə akmeizm izlərini, salon lirikasının tərənnümünü “görən” sovet rejimi onun ilk kitabını yandırmaqla bir gənc yaradıcılığa zərbə vurmuşdu; amma Əzizə Cəfərzadə həmin zərbədən sarsılıb ruhdan düşməmiş, əksinə bu hadisə onu daha böyük mənəvi savaşlara səsləmiş, mübarizlik ruhunu gücləndirmişdi.
 
Əzizə xanım uşaqlığımda və gəncliyimdə nəsr əsərlərini, əsasən də tarixi roman janrında yazdığı əsərlərini böyük maraqla oxuduğum, həyat üçün gərəkli olan bir çox mətləbləri öyrəndiyim, mənəvi keyfiyyətləri əxz etdiyim yazarlarımızdandır. Çağdaş Azərbaycan nəsri tarixində bu janrı yenidən canlandıran, ona təzə ruh, həyat bəxş edən yazıçının əsərləri ruhumu fəth etmişdi. Seyid Əzim Şirvani haqqında “Aləmdə səsim var mənim”, Abbas Səhhətdən bəhs edən “Yad et məni”, Şah İsmayıl Xətai mübarizəsinə həsr etdiyi “Bakı – 1501”, coğrafiyaşünas Zeynalabdin Şirvaninin ömür yolunu əhatə edən “Eldən-elə” və s. romanlarını, o cümlədən, rəngarəng mövzularda yazdığı hekayələrini hələ illər öncə böyük maraqla oxumuşdum. Amma onun ən sevdiyim əsərlərindən biri “Anamın nağılları” idi. Vaxtilə anasının dilindən eşitdiyi nağılları qələmə alan yazıçı bu nağıllarda Azərbaycan xalqının ruhunu, milli xarakterini bütün zənginliyi ilə ifadə edə bilmişdi.
 
Əzizə Məmməd qızı Cəfərzadə düz 29 dekabr 1921-ci ilin soyuq bir qış günündə Bakı şəhərində anadan olmuşdu. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndi. Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əliyusif Qənizadə Şirvani kimi görkəmli şəxsiyyətləri yetirən Sarıtorpaq məhəlləsi Bakıda dünyaya göz açan Əzizə Cəfərzadənin adı ilə bir daha məşhurlaşmışdır. İbtidai təhsilini 25 saylı məktəbdə aldıqdan sonra təhsilini (o vaxtkı) Teatr Texnikumu və ikiillik Müəllimlər İnstitutunda davam etdirən Əzizə xanım bir müddət təyinatla Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib. Sonradan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirən Əzizə Cəfərzadə, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında ssenari şöbəsinin müdiri, Teatr Texnikumunun müdiri, Elmlər Akademiyasının Əlyazmalar İnstitununda baş elmi işçi, şöbə müdiri kimi önəmli vəzifələrdə çalışaraq xalqımıza xidmət edib. 1974-cü ildən isə doğma universitetinin professoru kimi gənc kadrların yetişməsinə öz töhfəsini verib.
 
O, XIX yüzil Azərbaycan ədəbiyyatının tədqiqi məsələləri ilə ciddi məşğul olmuş, 1950-ci ildə “XIX yüzil Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə isə “XIX yüzil Azərbaycan poeziyasında xalq şeiri üslubu” kimi önəmli mövzuda doktorluq dissertasiyası müdafiə edib. Əzizə xanımın həyatında elmi fəaliyyətlə bədii yaradıcılıq paralel addımlayıb, yanaşı inkişaf edib. O, zəngin elmi fəaliyyətlə bərabər çox möhtəşəm bədii yaradıcılıq örnəkləri ərsəyə gətirib, bir-birindən maraqlı əsərləriylə ədəbi ictimaiyyətin diqqətini üzərində toplayıb. XX yüzil Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri kimi Əzizə Cəfərzadənin ədəbiyyat tariximizdə önəmli mövqeyi var. Onun yaradıcılığı minlərlə oxucunun sevimlisidir, gənc nəsillərin bədii zövqünün formalaşmasında bu əsərlərin xüsusi rolu olub. Milli-mənəvi dəyərlərin qorunması yolunda 50 ildən artıq yorulmadan fəaliyyət göstərən görkəmli yazıçının həyat və yaradıcılığı bütövlükdə bir məktəbdir.
 
son.PNG (498 KB)
 
Mürəkkəb ictimai-siyasi təbəddülatlarla səciyyələnən Azərbaycan tarixinin ayrı-ayrı dönəmlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatı Əzizə xanımın həmişə diqqət mərkəzində olub. Təkcə “Bakı 1501” romanında Şah İsmayıl Xətainin ölməz obrazı ilə bütöv Azərbaycan tarixinin əzəmətli mənzərəsini yaratdığını xatırlasaq fikrimizi təsdiq etmiş olarıq. Xətainin dilindən söylənən bu kəlmələr isə gələcək nəsillərə öyüd-nəsihət kimi daim qulaqlarımızda səslənir:
 
“Fәtһlәr edib parça-parça bölünmüş diyarımızı qılınc gücünә birlәşdirmәyә çalışdım. Vәtәnin bir sıxma torpağını bir ovuc qızıldan, dilimizin bir kiçicik sözünü bir ölçü lәl-cәvaһiratdan üstün bildim. Hәr ikisinin—Vәtәnimizin vә dilimizin әbәdiyyәti üçün. Nә bacardımsa onu elәdim. Mәni lәnәtlә yad etmәyin! Yaxşı nә başlamışamsa – onu göyәrdin! Sәһvlәrimi tәkrar etmәyin! Sizә vәsiyyәtim budur. Bir dә әşarım var. Əgәr zövqünüzu oxşasa – mәzarımda bir qәdәr raһat ola bilәrәm. Sizә üç әmanәt qoyub әrәn babalar: dilimiz, qeyrәtimiz, Vәtәnimiz—can sizin can onlar әmanәti”.
 
Biz bir çox tarixi dönəmlərin aparıcı özəlliklərini, önəmli hadisələrini, görkəmli tarixi şəxsiyyətlərin həyatını, yaradıcılığını məhz onun əsərləri ilə daha dərindən öyrənmişik. Eyni zamanda, çağdaş gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də hər zaman oxucular tərəfindən rəğbətlə qarşılanıb. Görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin bədii yaradıcılığı Azərbaycan tarixi nəsrinin inkişafı baxımından diqqətəlayiq olub özünəməxsusluğu ilə seçilir. Yazıçının müxtəlif tarixi mövzulu əsərləri janr baxımından da rəngarəng, ideyaca orijinal örnəklərdir. Onun elmi əsərləri isə Azərbaycan filoloji fikrinin zənginləşməsinə və inkişafına ciddi töhfələr kimi dəyərləndirilir.
 
Əzizə xanımın şəxsi həyatına nəzər saldıqda onun heç bir zaman özü üçün yaşamadığını, taleyini, ömrünü xalqının mənafeyinə həsr etdiyini görmək mümkündür. Yazıçı ilə söhbətlərimiz, müsahibələrimiz zamanı da millətimizə, ədəbiyyatımıza, insanlarımızın maariflənməsinə xidmət edən bir ömür yoluna heyranlığımızı bildirirdik. Əzizə xanım vaxtilə pilot olmaq istəyib və bunun üçün aviasiya klubuna yazılıb. Burada gələcək həyat yoldaşı ilə tanış olub, 1941-ci ildə ailə qurublar, bu evlilikdən bir qızı dünyaya gəlib; amma bir bədbəxt hadisə nəticəsində Əzizə xanımın qızı vəfat edib. Bundan sonra qardaşı oğlu Turan və qardaşı qızı Kəmaləni öz övladları kimi böyüdüb.
 
Şəxsi həyatı onun üçün hər zaman ikinci plandaydı. Onu tanıdıqdan sonra bunu daha yaxından gördüm. Əzizə xanımın alın yazısında Afrika qitəsində yaşamaq da varmış. Pilot olan həyat yoldaşının işi ilə bağlı 1965-66-cı illərdə Qanaya, Afrikaya gedib. Həmin illərdə Afrikada yaşayan Əzizə xanım yaradıcılığını bu uzaq qitədə də davam etdirib. Onun səfər gündəlikləri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirat kitabında toplanıb. – O kitabı hamımız uşaqlıq və gənclik illərində böyük maraqla oxuyardıq. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, qıraqdan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib. Və təbii ki, o illərdə, qapalı sovet məkanında yaşadığımız vaxtlarda belə nadir əsərlər bizim üçün dünyanı daha yaxından görmək, bilmək və tanımaq üçün möhtəşəm bələdçi idi.
 
Əzizə xanımın maraqla oxumadığım bir əsərini, bir kitabını belə xatırlamıram. Onun elə əsərləri vardı ki, oxucunun masaüstü kitabı idi. Müəyyən bir dönəmdə onun ünlü “Aləmdə səsim var mənim” romanı çoxsaylı oxucuların əldə etmək, oxumaq istədiyi kitablardan biri kimi əl-əl dolaşırdı. Çox yaxşı xatırlayıram ki, gənclər atamın zəngin kitabxanasındakı bu romanı çox tez-tez oxumaq üçün istəyərdi. Yazıçı bu əsərin adını Seyid Əzim Şirvaninin “Seyyida, ölmərəm, aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürmüşdü. Roman əsasən şairin yaradıcılığından bəhs etsə də, o dövrün Şamaxı mühitini, ədəbi-mədəni hadisələrini, yüzilliyin mənzərəsini o qədər ustalıqla, təsirli bədii boyalarla canlandırıb ki, oxucu o kitabı birnəfəsə oxuyub bitirmək istəyir. Əsərdə el şənlikləri – cəngi məclisi, toy və yas mərasimləri, şeir məclisi – “Beytüs-Səfa”, Novruz bayramı, ilaxır çərşənbə adətləri oxucuda böyük bir maraq yaradır. Belə maraq sovet illərində daha yükək idi, təbii. – Tariximiz, mədəniyyətimiz, adət-ənənlərimizin qədim kökləri ilə bağlı bir çox həqiqətləri məhz bu kitablardan oxuyub öyrənmişik.
 
1451395303.jpg (25 KB)
 
Əzizə Cəfərzadənin dərin bədii təsiri ilə diqqətimi cəlb edən əsərlərindən biri də “Xəzərin göz yaşları” povesti olub. Çox yaxşı xatırlayıram, bu əsəri bir neçə dəfə oxumuşdum, hər dəfə də göz yaşlarımı saxlaya bilməmişdim. Povestdə Əzizə xanım 1938-ci ildə Azərbaycanda yaşayan Güney Azərbaycanlı qardaş-bacılarımızın, soydaşlarımızın Stalin rejimi tərəfindən bir həftə ərzində İrana məcburi deportasiyasından bəhs edir. Bu əsəri oxumayan insanlara, özəlliklə gənclərimizə tövsiyyə edərdim.
 
Əzizə Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan, yorulmadan, böyük fədakarlıqla çalışıb. Bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları böyük yazıçının ədəbiyyatımıza, mədəniyyətimizə bağlılığından və sevgisindən xəbər verməklə yanaşı, minlərlə Azərbaycan gəncinin böyük ədəbi və mədəni irsimizi, şəxsiyyətlərimizi, sənətkarlarımızı daha yaxından tanımasına səbəb olub.
 
Əzizə Cəfərzadə bizim nəsil gənclərin yadında televiziya ekranlarından – “Klassik irsimizdən”, “Aşıq Pəri” və b. çoxsaylı verilişlərin müəllifi və aparıcısı kimi də qalıb. Yaddaşımızda dərin iz buraxan o möhtəşəm verilişləri bu gün də xatırlayırıq. Çünki mənəvi cəhətdən təkmilləşmək üçün onlardan çox şeylər öyrənmişik. Bununla yanaşı, radioda uzun illər Güney Azərbaycan mövzusunda olan proqramların və “Ana” radiojurnalının iştirakçısı kimi ədəbi irsimizi təbliğ etməsi yazıçının unudulmaz xidmətlərindən idi. İstər efirdə, istərsə də radioda Əzizə xanımın müdrik söhbətlərini böyük maraqla dinləyirdik.
 
Əzizə Cəfərzadə haqqında bəzən “kişi kimi qadın” ifadəsini işlədərdilər. Buna çox üzülərdüm, hətta bir dəfə özünə də söyləmişdim: “Əzizə xanım siz əsil qadın kimi qadınsınız”. Mərd, qürurlu, əyilməz, mübariz, bütün əngəlləri, bütün maneələri aşan, ona qalib gələn, güclü xarakterə malik idi Əzizə xanım. O, xalqımızın tarixini bədii ədəbiyyata gətirməklə onun təbliğinə çalışır, bununla da sovet dövrünün Azərbaycan tarixini saxtalaşdıran, təhrif edən tarix dərsliklərinə və tədqiqatlarına qarşı çıxaraq milli keçmişimizin əzəmətli şəxsiyyətlərini yada salırdı. Çünki onun ən böyük istəyi, ən vacib hədəflərindən biri gənclərimizin tariximizi daha dərindən bilməsi, böyük şəxsiyyətlərimizi daha düzgün tanıması idi. Uzun illər sovet imperiyasının əsil tariximizi oxutmaması və ya yanlış şəkildə gənc nəsillərə öyrətməsi Əzizə xanımı ciddi şəkildə narahat edirdi. O, tarixi əsərləri gənclərimizin gerçək tariximizi bilməsinin, bu tarixi oxutmağın ən yaxşı yollarından biri kimi görür, bu vasitə ilə tarixi mənimsətməyin mümkünlüyünü çox gözəl bilirdi. Təsadüfi deyil ki, tarix dərsliklərində milli keçmişimizi unutdurmaq məqsədilə Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən kiçik bir abzasda bəhs edildiyi halda, Əzizə Cəfərzadə şair-şahın ömür yolunu, fəaliyyətini, dövrünü canlandıran sanballı roman yazmışdı.
 
İstər tarixi, istərsə ədəbi prosesi gözəl bilən və daim axtarışda olan Əzizə Cəfərzadə böyük ədəbiyyatşünas alim kimi də Azərbaycan ədəbiyyatında silinməz izlər qoyub. XIX yüzil Azərbaycan ədəbiyyatının bu günkü dolğun, bütöv elmi mənzərəsinin yaradılmasında Əzizə xanımın da ciddi rolu olub.
 
Onun tərcüməçilik fəaliyyəti də yaradıcılığının önəmli istiqamətlərindən biridir. Bir sıra müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş, rus yazıçıları Sergey Smirnov, Albert Lixanov yaradıcılıqlarından tərcümələri, qardaş ölkə yazıçıları – Şərəf Rəşidov (Özbəkistan), Əhməd Kabaklı, Sevinc Çokum (Türkiyə) bu baxımdan diqqətəlayiqdir. Yazıçının öz əsərləri də rus, fars, qazax, ərəb, tacik və s. dillərə çevrilərək, bir çox ölkədə gün üzü görüb.
 
O bir çox yerdə, o cümlədən qardaş Türkiyə, İsrail, İran, Malayziya, Hindistan, Sinqapur, Suriya, Kipr və keçmiş Yuqoslaviya Respublikasında təşkil olunan konfranslarda da ölkəmizi layiqincə təmsil edərək Azərbaycan qadınının, Azərbaycan aydınının adını ucaldan böyük bir şəxsiyyət idi. 1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışan Əzizə xanım, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərirdi. Onun Respublika Qadınlar Şurasına sədrlik etdiyi illər çox gözəl və səmərəli bir dönəm kimi yaddaşlarda qalıb.
 
ezize-ceferzade.jpg (28 KB)
 
Özünü Azərbaycana həsr edən bu böyük yazıçı həm də xeyriyyəçi kimi insanların sevgisini qazanmışdı. Düşünün ki, bir yazar kitablarından qazandığı qonorar hesabına 1979-cu ildə orta məktəb və klub binası (Hacıqabul rayonunun Tağılı kəndində) tikdirmişdi.
 
Böyük yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə 2003-cü ilin 4 sentyabrında dünyasını dəyişəndə bu xəbər hamımızı sarsıtdı.
 
O, öz vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində, valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib. O zaman da sövq-təbii hiss edirdik ki, köçən Əzizə xanımın yalnız cismidi, xatirəsi isə hər zaman qəlbimizdə yaşayacaq. – Bu gün olduğu kimi!.. Onun böyük yaradıcılığı, zəngin ədəbi mirası hər zaman xalqımız tərəfindən yüksək dəyərləndirilib və bundan sonra da dəyərləndiriləcək.
 
Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısındakı göstərdiyi xidmətlər dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, sovet dövrünün nüfuzlu mükafatlarından biri – “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycan Respublikasının yüksək dövlət təltiflərindən olan “Şöhrət” ordeni ilə təltif edilib, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2001-ci ildə Əzizə xanım Xalq yazıçısı fəxri adına layiq görülüb.
 
Azərbaycan Telefilm Yaradıcılıq Birliyi onun həyatı və yaradıcılığı haqqında iki telefilm çəkib. İnanırıq ki, Xalq yazıçısının həyatından yazılan əsərlərin, çəkilən filmlərin sayı gələcəkdə daha da artacaqdır.
 
Pedaqoji fəaliyyəti, elmi axtarışları, səfərləri, tərcümələri və ictimai fəaliyyətinə nəzər saldıqda hər bir insan Əzizə xanımın öz ömrünü xalqı üçün yaşadığını daha yaxından görür. Əzizə xanımın sadəcə tarixi romanları deyil, “Sahibsiz ev”, “Əllərini mənə ver”, “Sənsən ümidim”, “Xəyalım mənim” əsərləri də bizim dövrün gəncləri arasında çox maraqla oxunurdu. Əzizə Cəfərzadə öz yaradıcılığında uşaqlara, onların dünyagörüşünün formalaşmasına böyük önəm verirdi. Onun “Qızımın hekayələri”, “Anamın nağılları”, “Çiçəklərim”, “Pişik dili” kimi hekayə və nağılları böyüyən balalarımızın dünyagörüşü, onların fikir və düşüncələrinin formalaşması üçün çox önəmli bədii örnəklərdir.
 
Əzizə Cəfərzadənin bütün əsərlərində Azərbaycan dilinin saflığını, gözəlliyini görüb hiss etmək olur. O, vətəndaş olaraq dil uğrunda apardığı mübarizədə həmişə qalib olub. Onun digər üstünlüyü isə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə əlaqələndirə bilməsində idi. Azərbaycan elmi qarşısında böyük xidmətlər göstərən Əziz Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan, yorulmadan çalışıb və mədəniyyətimizə, Vətənimizə çox böyük xidmətlər göstərib.
 
Özbəkistanda (2021-ci ilin oktyabrında keçirilən) Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Günləri çərçivəsində biz Xarəzm bölgəsinə də getmişdik. Bu səfərdə biz Əzizə xanımı da sevgiylə, ehtiramla xatırladıq. – Özbəkistanlı aydınlarla onun yazdığı “Cəlaliyyə” romanıyla bağlı çox maraqlı fikir mübadiləsi apardıq və birlikdə Əzizə xanımın ruhuna dualar oxuduq. Türk dünyasının bir çox bölgələrinə getdiyimiz zaman aydınlarla Əzizə xanımın tarixi romanları ətrafında maraqlı fikir mübadilələri edirik. Bəli, Əzizə Cəfərzadə imzası yalnız Azərbaycanda deyil, Türk dünyasında və bir sıra başqa ölkələrdə də tanınır, sevilir. Əminəm ki, onun bədii və elmi-mədəni irsinin daha geniş şəkildə təbliğ olunması, dünya oxucuları, gənc nəsillərimiz arasında geniş yayılması istiqamətində bundan sonra da müvafiq işlər görüləcək. Çünki o, sözün əsil mənasında buna layiq idi.
 
Əzizə xanımın 100 iliyini 44 günlük Vətən müharibəmizdə qazandığımız Zəfərin birinci ildönümünün qüruru və işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq işlərinin fərəhi içində qeyd etdik. Əminəm ki, onun ruhu da bu Zəfərə bizim qədər sevinir. Çünki onun həyatda ən böyük diləyi gələcək nəsillərimiz üçün sakit, dinc, müstəqil bir Vətən və xoşbəxt nəsillərin istiqbalı idi.
 
Nur içində yatın, Əzizə xanım! Siz ömrünüzü özünüz üçün deyil, xalqımız üçün, Vətənimiz üçün yaşadınız. Və xalqımız, Vətənimiz də Sizin yaşadığınız bu fədakar ömrü hər zaman yüksək qiymətləndirib, bundan sonra da qiymətləndirəcək. Yüzlərlə Azərbaycan qızına böyük bir mənəvi güc olduğunuz üçün, yol, cığır açdığınız üçün, minlərlə Azərbaycan qızına gözəl örnək olan mənalı ömür yaşadığınız üçün ruhunuza şükranlığımız var! Nə yaxşı ki, Sizi tanımışam!
 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
 
qenire.jpg (47 KB)
Oxşar xəbərlər
17:35, Bu gün
Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadıldı
17:31, Bu gün
Xalq artisti: “Nazirə dedim ki, özünü bu məddahlardan qoru”
17:30, Bu gün
Nizami metrostansiyasında qatar dayandı - Sərnişinlər panikaya düşdü
17:28, Bu gün
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:25, Bu gün
Səkilər niyə zəbt olunur? - VİDEO
17:21, Bu gün
AFFA bu klublara lisenziya verdi
17:18, Bu gün
Slovakiyada atışma - Baş nazir yaralandı
17:17, Bu gün
Avtomobilin dövlət qeydiyyat nişanını dəyişən şəxs həbs edildi - FOTO
17:12, Bu gün
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi: Silah aşkarlandı - FOTO
17:07, Bu gün
Sosial xidmət müəssisələrində əlilliyi olan 342 uşaq daimi yaşayır - FOTO
17:02, Bu gün
"Müdafiə Nazirliyinin əsas vəzifələrindən biri Silahlı Qüvvələrin komplektləşdirilməsidir" - Rusiya müdafiə naziri
16:56, Bu gün
Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib - FOTO
16:53, Bu gün
İsmayıllıda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu
16:53, Bu gün
İsmayıllıda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu
16:51, Bu gün
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
16:47, Bu gün
Kadırovun “sağ əli” istefa verib
16:45, Bu gün
Azərbaycanın atdığı addımlar neokolonializmdən əziyyət çəkən dövlətlərdə böyük inam yaradıb
16:38, Bu gün
Rafael Nadal "Roland Garros-2024"də iştirak edəcək
16:31, Bu gün
Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır - ŞƏRH + FOTO
16:25, Bu gün
Sürücülərin nəzərinə: Bu yol təmirə bağlanır
16:20, Bu gün
Bakıdan son həmlə: Paşinyan geri çəkildi – Kritik gəlişmə
16:19, Bu gün
Qəbələdə çay məcrasını dəyişdi - VİDEO
16:14, Bu gün
İlham Əliyev fərman imzaladı
16:12, Bu gün
“Sədərək”də qəza: “Prius”la “BakuBus” toqquşub - VİDEO
16:09, Bu gün
Payız həlledici ola bilər: Gürcüstanda nə baş verir? - TƏHLİL + FOTO
16:04, Bu gün
Vidadi İsayev Bərdənin Bəcirəvan kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:01, Bu gün
Məşhur restoranın fəaliyyəti DAYANDIRILDI - VİDEO
15:57, Bu gün
Azərbaycanın bir qrup hərbçisi təltif edilib - FOTO
15:53, Bu gün
UNICEF-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO
15:49, Bu gün
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
15:46, Bu gün
Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın “Şücaət” ordeni ilə təltif olunub
15:44, Bu gün
"Birləşmiş Ştatlar və azad dünya Ukrayna ilə birlikdədir" - Blinken
15:39, Bu gün
Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər - FOTO
15:35, Bu gün
Avtomobil sahiblərinin DİQQƏTİNƏ – Bu maşınları ciddi təhlükə gözləyir
15:30, Bu gün
Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşdü - FOTO
15:28, Bu gün
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO
15:25, Bu gün
Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15:22, Bu gün
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Rusiya sülhməramlılarına təşəkkür etdi
15:19, Bu gün
Azərbaycanda nikah yaşı ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - FOTO
15:17, Bu gün
YAP Xətai rayon təşkilatında növbəti görüş keçirildi - FOTO
15:15, Bu gün
202 nəfəri aldadan vəzifəli qadın həbs edildi - FOTO
15:14, Bu gün
Rusiyalı generaldan sülhməramlıların Azərbaycandan çıxarılmasına dair AÇIQLAMA
15:13, Bu gün
İranda şalvar geyinən qadınlar da metroya buraxılmırlar - VİDEO
15:09, Bu gün
Niderlandın Baş naziri COP29-a dəvət edilib - FOTO
15:05, Bu gün
Birinci katibliyə namizədin sifarişli qətli – cinayət işində Brejnevin sevimli stüardessasının adı da hallanıb
15:00, Bu gün
Aleksandr Perenciyev: “Cənubi Qafqazda Paris - qoyun dərisinə bürünmüş canavardır” - MÜSAHİBƏ
14:55, Bu gün
Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub
14:50, Bu gün
"Netanyahu bütün dünyanın təhlükəsizliyi üçün problemə çevrilib" - Hakan Fidan
14:44, Bu gün
“Gürcüstanda yaşanan gərginliklər Rusiyaya qarşı ikinci cəbhənin açılmasına hesablanıb” - İLGİNC ŞƏRH
14:39, Bu gün
Azərbaycanda qəribə OLAY: Hamilə qadın təcili yardım avtomobilində doğuş etdi - FOTO
14:34, Bu gün
“Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər “layk dəllallarıdır” - AKİ katibi - FOTO
14:30, Bu gün
Nəşi 30 ildən sonra tapılan şəhid Yusif Ağayev dəfn edildi
14:24, Bu gün
Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək? - AÇIQLAMA + FOTO
14:18, Bu gün
Tərtərdə 54 yaşlı kişi həmyaşıdını öldürdü: “Qızları haqda elə sözlər dedi ki...” – ŞOK
14:14, Bu gün
"Sülhməramlıların çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq"
14:09, Bu gün
Xocalıda sülhməramlıların Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir
14:05, Bu gün
Elnarə: “Səhərə qədər sevişirik onunla” - VİDEO
14:00, Bu gün
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
13:55, Bu gün
Kilsə dövləti necə idarə edir? - Professor faktları açıqladı
13:50, Bu gün
Səkkiz Azərbaycan vətəndaşı Suriyadan gətirildi
13:45, Bu gün
Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - VİDEO
13:40, Bu gün
Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO
13:36, Bu gün
Ədliyyə Nazirliyinin Mətbuat xidmətində YENİ TƏYİNAT - FOTO
13:34, Bu gün
“Blinken bu dəfə də Kiyevə əliboş gəlməyib...” - Elxan Nuriyev
13:30, Bu gün
Bakıda kəklikotu bitkisi 100 MANATA SATILIR - FOTOLAR
13:25, Bu gün
Vaaqn Xaçaturyan: “Cənubi Qafqaz region dövlətlərinin maraqları nəzərə alınmaqla inkişaf edə bilər”
13:20, Bu gün
Azərbaycan və Belarus XİN başçıları bu məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:15, Bu gün
Natiq Mehdinin ölümünə Müsavatdan MÜNASİBƏT
13:09, Bu gün
Azay Quliyev: "Bu, Gürcüstanın suveren hüquqlarına hörmətsizlik və daxili işlərinə kobud müdaxilədir" - VİDEO
13:04, Bu gün
52 yaşlı meyxanaçı AİLƏ QURUR - VİDEO
13:00, Bu gün
Goranboyda sel suları fəsadlara səbəb olub
12:56, Bu gün
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
12:52, Bu gün
Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
12:48, Bu gün
Mayın 20-də lisey və gimnaziyalara ərizə qəbulu başlayacaq
12:44, Bu gün
Sabah güclü yağış gözlənilir - PROQNOZ
12:42, Bu gün
Sumqayıtda məktəb direktoru vəzifəsindən azad edildi
12:40, Bu gün
Yeniyetmə qızı qaçıraraq zorlayan 45 yaşlı mühafizəçiyə hökm oxundu
12:38, Bu gün
Xırdalanda sirkə turşusu içən kişi öldü
12:34, Bu gün
Güneyli milli fəal həbs edilib - FOTO
12:32, Bu gün
Azərbaycan çempionu: "Avropada da yaxşı oyun göstərməyə çalışacağıq"
12:28, Bu gün
Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil verdi
12:23, Bu gün
Yaşar Əliyev Fransanın destruktiv hərəkətləri ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb - FOTO
12:18, Bu gün
Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük prosedurlarının sadələşdirilməsi müzakirə edilib - FOTO
12:14, Bu gün
Bakıda 21 yaşlı qız itkin düşdü
12:11, Bu gün
Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
12:08, Bu gün
Gömrük orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ
12:05, Bu gün
Bakıda tülkülər niyə artıb? - “Mübarizənin birinci yolu şəhəri təmiz saxlamaqdır” + FOTO
12:02, Bu gün
32 il gözlədi, qızı ilə eyni parta arxasında oturdu: 53 yaşlı tələbənin təhsil sevgisi - FOTO/VİDEO
11:58, Bu gün
“BDU məzunları” layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş olub - FOTO
11:55, Bu gün
Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Dünyanın ən tənha işini boynuna götürən kişi kimdir?
11:51, Bu gün
Azərbaycandan 77 nəfər dünyanın top universitetlərinə qəbul olub
11:49, Bu gün
"Ata-anam lal-kar olduğuna görə məni almadılar" - VİDEO
11:45, Bu gün
22 yaşlı Könülü belə qətlə yetiriblər - TƏFƏRRÜAT
11:41, Bu gün
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
11:38, Bu gün
Blinkenin bu görüntüləri Qərbi ÇALXALADI - gecə klubu, pizza, cins şalvar... - VİDEO
11:35, Bu gün
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO
11:32, Bu gün
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb
11:29, Bu gün
Azərbaycanlı aktrisa elə görüntülərini yaydı ki... - VİDEO
11:26, Bu gün
Moskvadan rus sərhədçilərinin çıxarılması ilə bağlı AÇIQLAMA
GÜNLÜK
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
14 May 2024 | 17:43
Masallıda DƏHŞƏT: Nənə nəvəsinin asılmış meyitini tapdı
14 May 2024 | 17:50
ABŞ Rusiyadan uran idxalına qadağa qoyub
14 May 2024 | 17:47
Allergiya mövsümü: Nəyə diqqət edək və necə qorunaq? - VİDEO
14 May 2024 | 17:55
Rafael Varan rəsmi olaraq “Mançester Yunayted”dən ayrıldı - FOTO
14 May 2024 | 18:19
Yaz yorğunluğu ilə mübarizə aparmağın sirri
14 May 2024 | 18:05
Azərbaycanda məktəb direktoru cərimələndi - FOTO
14 May 2024 | 17:52
Müsavat Partiyasının üzvünün qətli ilə bağlı rəsmi AÇIQLAMA
14 May 2024 | 18:53
Azərbaycanda həkim vəfat etdi - FOTO
14 May 2024 | 19:40
Luis Moreno Ocampo Argentinada oturub, İrəvanı qızışdırır
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
14 May 2024 | 17:43
Masallıda DƏHŞƏT: Nənə nəvəsinin asılmış meyitini tapdı
14 May 2024 | 17:50
ABŞ Rusiyadan uran idxalına qadağa qoyub
14 May 2024 | 17:47
Allergiya mövsümü: Nəyə diqqət edək və necə qorunaq? - VİDEO
14 May 2024 | 17:55
Rafael Varan rəsmi olaraq “Mançester Yunayted”dən ayrıldı - FOTO
14 May 2024 | 18:19
Yaz yorğunluğu ilə mübarizə aparmağın sirri
14 May 2024 | 18:05
Azərbaycanda məktəb direktoru cərimələndi - FOTO
14 May 2024 | 17:52
Müsavat Partiyasının üzvünün qətli ilə bağlı rəsmi AÇIQLAMA
14 May 2024 | 18:53
Azərbaycanda həkim vəfat etdi - FOTO
14 May 2024 | 19:40
Luis Moreno Ocampo Argentinada oturub, İrəvanı qızışdırır