Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün saat 17: 15 radələrindən etibarən Nizami stansiyasında qatarın hərəkəti dayanıb. Nəticədə stansiyada böyük sərnişin sıxlığı yaranıb.
Moderator.az-ın əməkdaşının verdiyi məlumata görə, metroda yaranmış sıxlığa görə vətəndaşlar panikaya düşüb. Qatarın içində olan sərnişinlərə məlumat verilməyib. Pəncərədən nə baş verdiyini öyrənməyə çalışan sərnişinlərə metropoliten işçiləri kobud cavab verib.