Bizi sosial şəbəkələrdən izləyin:
Moskva yaxınlığındakı Balaşixa şəhərində Federal Təhlükəsizlik Xidmətinin(FTX-“FSB”) hərbi hissəsinin elektrik yarımstansiyasında və hərbi texnika istehsalı zavodunda güclü yanğın baş verib.
Moderator.az xəbər verir ki, “Astra” kanalının məlumatına görə, yerli hakimiyyət orqanları “qısaqapanma” barədə məlumat versə də, bəzi Rusiya mediası yanğın barədə məlumat yayıb. Hadisə mayın 14-də axşam saatlarında baş verib.
Yanğın faktını şəhərin meri Sergey Yurov da təsdiqləyib. Onun sözlərinə görə, fövqəladə hallar xidməti yanğını söndürməyə və evlərə elektrik enerjisinin bərpasına nail olub. Yanğının fəsadları barədə məlumat verilmir.
Rusiya mətbuatı xəbər verir ki, Rusiya Federasiyası “FSB”-nin Elmi-Texniki Xidmətinin tərkibinə daxil olan 35533 saylı hərbi hissənin yerləşdiyi “Proqres” zavodunun ərazisində yanğın baş verib. Mərkəz Rusiya hərbi kompleksi və digər şirkətlər üçün müxtəlif proqramların elektron daşıyıcılarının hazırlanması, sınaqdan keçirilməsi və istehsalı ilə məşğuldur.
S.Laçın