202 nəfəri aldadan vəzifəli qadın həbs edildi - FOTO
3149
15 May 2024 | 15:15

202 nəfəri aldadan vəzifəli qadın həbs edildi - FOTO

Bakı şəhərində 202 nəfərə 498 175 manat zərər vuran şəxs saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
 
Onun sözlərinə görə, artıq vətəndaş həbs edilib, polis tərəfindən istintaq aparılır.
 
"Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə Avion Travel MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib. Onun əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.
 

 

Link kopyalandı!
Son xəbərlər