İtaliyada güclü zəlzələ oldu
Dünya
405
08:45, Bu gün

İtaliyada güclü zəlzələ oldu

İtaliya sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyi Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.
 
Seysmoloqların verdiyi məlumata görə, zəlzələnin episentri təxminən 219 min nəfər əhalisi olan Messina şəhərindən 144 kilometr şimalda yerləşib.
 
Mütəxəssislər yeraltı təkanların ocağının yerin 25 kilometr dərinliyində qeydə alındığını bildiriblər.
 
Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər