01:44
15°C
Bakı
"Lion" klubunun və Fransa gənclər yığmasının keçmiş futbolçusu Brian Berqunyu 43 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə Fransa təmsilçisi sosial şəbəkələrdə məlumat yayıb.
"Olimpik Lion" klubun əfsanəsi Brian Berqunyunun vəfatını dərin kədərlə bəyan edir. Klub bu dəhşətli xəbərdən sarsılıb və onun ailəsinə, yaxınlarına, eləcə də onu tanıyan və sevən hər kəsə ən səmimi başsağlığını çatdırır", - deyə komandanın bəyanatında bildirilir.
Xatırladaq ki, Berqunyu "Lion"un heyətində üç dəfə Fransa çempionu olub, həmçinin iki dəfə ölkə Superkubokunu qazanıb. Bundan əlavə, yarımmüdafiəçi "Tuluza", "Leççe" və bir sıra digər komandalarda da çıxış edib.
2023-cü ilin dekabrında Berqunyuya qulaqaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu.