Göyərtəsində 110 nəfəri daşıyan tur gəmisi batıb
Dünya
488
29 May 2026 | 19:57

Göyərtəsində 110 nəfəri daşıyan tur gəmisi batıb

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda, Cennet Adası yaxınlığında tur gəmisi batıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, 110 nəfərin olduğu gəmi sahil mühafizə qrupları tərəfindən təhlükəsiz şəkildə təxliyə olunub.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Gəminin hansı səbəbdən batdığı araşdırılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər