01:03
19°C
Bakı
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər İranla rəsmi razılaşma əldə edilməzsə, hərbi əməliyyatlar yenidən bərpa olunacaq və əvvəlki dövrlərlə müqayisədə daha kəskin xarakter alacaq.
Moderator.az xəbər verir ki, ABŞ lideri bu barədə sosial şəbəkə hesabında məlumat verib.
"İranla aparılan diplomatik danışıqlar uğurla irəliləyir! Bu, ya bütün tərəflər üçün çox əlverişli bir müqavilə olacaq, ya da ümumiyyətlə heç bir sənəd imzalanmayacaq - belə variant isə silahlı toqquşmalara qayıdış deməkdir. Həm də əvvəlkindən daha böyük miqyasda və daha şiddətli formada. Heç kim bu ssenarini istəmir!" - deyə ABŞ lideri sərt mövqeyini ortaya qoyub.