Türkiyə MİT Suriyada əməliyyat keçirib, 10 İŞİD üzvü saxlanılıb
Dünya
206
11:40, Bu gün

Türkiyə MİT Suriyada əməliyyat keçirib, 10 İŞİD üzvü saxlanılıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD-ə qarşı əməliyyat keçirib.

Moderator.az NTV-yə istinadən xəbər verir ki, MİT-in Suriya kəşfiyyat xidməti ilə koordinasiyalı şəkildə keçirdiyi əməliyyat nəticəsində “qırmızı bülleten”lə axtarışda olan 10 İŞİD üzvü saxlanılaraq Türkiyəyə gətirilib.

Saxlanılan şəxslərin İŞİD sıralarında döyüşdüyü üzə çıxıb, həmçinin onların əvvəllər Türkiyədə törədilmiş bir sıra terror aktlarında iştirak etdikləri müəyyən olunub.

Saxlanılanlardan birinin Ankara dəmir yolu vağzalında baş verən və 109 nəfərin həyatını itirdiyi terror aktının təşkilatçıları ilə əlaqəli olduğu bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər