12:44
23°C
Bakı
Nyu-Yorkda (ABŞ) gəmiqayırma zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, azı 36 nəfər xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, zərərçəkənlərin əksəriyyəti yanğınsöndürənlər və digər xilasedicilərdir.
Hadisə nəticəsində həlak olan şəxsin isə mülki vətəndaş olduğu açıqlanıb.
Hazırda partlayışın başvermə səbəbləri araşdırılır.