KİV: Qətər İranla sülh sazişinə yardım üçün vasitəçilər göndərib
Dünya
267
22 May 2026 | 23:17

KİV: Qətər İranla sülh sazişinə yardım üçün vasitəçilər göndərib

Qətər ABŞ ilə koordinasiyada İranla danışıqların aparılması üçün vasitəçilər qrupunu Tehrana göndərib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinin məqsədi İranla sülh sazişi üzrə razılaşdırılmamış məsələlərin həllinə yardım etməkdir.

Bildirilib ki, Qətər əvvəllər Qəzza zolağındakı münaqişə də daxil olmaqla bir sıra beynəlxalq proseslərdə vasitəçilik edib. Lakin mart ayında İranın Qətər ərazisinə zərbələr endirməsindən sonra Doha Tehranla bağlı danışıqlardan geri çəkilmişdi.

Eyni zamanda, Türkiyə, Misir və Pakistanın da prosesdə dolayı vasitəçilik etdiyi qeyd olunur. Məlumata görə, ABŞ və İran arasında hazırlanmış ilkin sülh layihəsi atəşkəsin tam dayandırılmasını, qarşılıqlı hücumların qadağan edilməsini və Hörmüz boğazı ilə regionda gəmiçiliyin sərbəstliyini nəzərdə tutur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər