ABŞ-də təyyarədə həyəcanlı anlar: Sərnişin 11 kilometr hündürlükdə qapını açmağa cəhd etdi
Dünya
147
18:27, Bu gün

ABŞ-də təyyarədə həyəcanlı anlar: Sərnişin 11 kilometr hündürlükdə qapını açmağa cəhd etdi

ABŞ-dən havaya qalxan təyyarənin göyərtəsində olan bir şəxs təxminən 11 kilometr hündürlükdə laynerin qapısını açmağa cəhd edib və digər sərnişinə hücum çəkib.

Moderator.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Məlumata görə, Qvatemalaya istiqamət alan "United Airlines" aviaşirkətinin hava gəmisinin pilotları Dalles hava limanında təcili eniş həyata keçiriblər.

Göyərtəsində 145 sərnişin və altı heyət üzvü olan "Boeing 737 Max 8" layneri Nyuarkdan havaya qalxaraq beş saatlıq uçuş planlaşdırsa da, cəmi iki saatdan sonra təcili eniş edib.

Qalxdıqdan bir müddət sonra təyyarənin pilotu eniş üçün icazə istəyib. O bildirib ki, sərnişinlərdən biri çölə çıxmaq istəyir və qapını açmağa çalışır.

Dispetçer enişə icazə verərək göyərtədə xəsarət alanların olub-olmadığını soruşub. Pilot heç kimin zərər görmədiyini təsdiqləyib və eniş zolağında polislərin olmasını xahiş edib. Təyyarə uğurla enib, həmin sərnişin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər