Fransa Kubokunun finalında "Lans"a qarşı keçiriləcək həlledici matç ərəfəsində "Nitsa" azarkeşləri Parisdə kütləvi iğtişaş törədib.
Moderator.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, insident nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, yüzə yaxın "Nitsa" fanatı bardan çıxdıqdan sonra küçədə kütləvi dava salıb. Hadisənin hansı səbəbdən başlandığı hələlik məlum deyil.
Paris polisi müdaxilə edərək 65 nəfəri saxlayıb. Axtarış zamanı fanatlardan bıçaq, kastet, əldəqayırma silahlar və maskalar müsadirə edilib. Qanlı toqquşmada altı nəfər yaralanıb ki, onlardan da birinin vəziyyətinin ciddi olduğu deyilir.
Mənbənin sözlərinə görə, hər iki klubun tərəfdarları arasında keçmişdə yaşanan münaqişələrə görə hakimiyyət orqanları "Lans" və "Nitsa" arasındakı qarşılaşmaları yüksək riskli oyunlar kateqoriyasına daxil edir.
Qeyd edək ki, "Nitsa" və "Lans" komandaları arasında Fransa Kubokunun final matçı bu gün baş tutacaq.