Vanuatu sahillərində güclü zəlzələ oldu
Dünya
215
09:56, Bu gün

Vanuatu sahillərində güclü zəlzələ oldu

Vanuatu ada dövlətinin sahillərində, Mərcan dənizi akvatoriyasında 5.8 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Altay-Sayan filialından bildirilib.
 
Qurumun operativ emal məlumatlarına əsasən, çərşənbə axşamı Bakı vaxtı ilə saat 06:29-da baş verən zəlzələnin episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən (Efate adası) 63 km cənub-qərbdə yerləşib.
 
Episentrdəki təkanların intensivliyinə görə sözügedən zəlzələ dağıdıcı kimi xarakterizə edilir. ABŞ Geoloji Xidməti də yeraltı təkanların gücünü 5.8 maqnituda səviyyəsində qiymətləndirib. Qurumdan bildirilib ki, zəlzələnin ocağı 37.4 km dərinlikdədir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər