Luvr muzeyinin talanması ilə bağlı yeni detallar açıqlanıb
Dünya
208
12:47, Bu gün

Luvr muzeyinin talanması ilə bağlı yeni detallar açıqlanıb

Fransa Mədəniyyət Nazirliyinin təhlükəsizlik xidmətləri muzeyin zəif cəhətləri barədə məlumatlı olmalarına baxmayaraq, böyük oğurluq hadisəsinə qədər Luvr Muzeyində heç bir yoxlama həyata keçirməyib.

Moderator.az xəbər verir ki, bu barədə Fransa parlament komissiyasının hesabatına istinadən "RİA Novosti" məlumat yayıb.

Sözügedən sənəd mədəni irsin qorunması və muzey təhlükəsizliyi sahəsindəki qayda pozuntularını araşdıran parlament komissiyası tərəfindən hazırlanıb. Hesabat üzərində işlər 2025-ci ilin payızında dünyanın ən böyük muzeyində baş verən səs-küylü soyğunçuluqdan sonra başlayıb.

Sənəddə qeyd olunur ki, təhlükəsizlik, mühafizə və audit xidməti oktyabrın 19-da baş verən oğurluğa qədər Luvrda yoxlamalar aparmayıb. Eyni zamanda, hesabatda vurğulanır ki, nəzarət orqanı təhlükəsizliklə bağlı problemlərdən əvvəlcədən xəbərdar olub.

2025-ci ilin payız aylarında cinayətkarlar muzey açıldıqdan sonra içəri daxil olaraq doqquz zərgərlik məmulatını ələ keçiriblər. Oğurlanan əşyalar arasında Fransa kraliçalarına və imperatriçələrinə məxsus tiaralar, sırğalar, boyunbağılar və sancaqlar olub.

Soyğun nəticəsində dəyən zərər 88 milyon avro olaraq qiymətləndirilib. İş üzrə bir neçə nəfər saxlanılıb, beş nəfərə qarşı ittiham irəli sürülüb. Oğurlanan əşyalar isə hələ də tapılmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər