10:12
15°C
Bakı
Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasına görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən fövqəladə vəziyyət elan edilib.
Moderator.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlamasında bildirilir. Daha əvvəl Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri Konqoda laboratoriyada təsdiqlənmiş 13 yoluxma halı barədə məlumat vermişdi.
Uqanda hakimiyyəti yüksəksəviyyəli təhlükə elan edib.
ÜST xəstəliyin Bundibugyo virusundan qaynaqlandığını açıqlayıb.