Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Tehrana qarşı iqtisadi və dəniz blokadasını sərtləşdirməyə çalışarkən, Avropa ölkələrinin SEPAH ilə danışıqlar apardığı bildirilir...
ABŞ iqtisadi təzyiqi artırmağa və Tehrana qarşı dəniz blokadasını gücləndirməyə çalışarkən, Avropa ölkələri, çox güman ki, bu məhdudiyyətləri aşmağın yollarını axtarır. İran dövlət mediasının məlumatına görə, Avropa nümayəndələri strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin tranzit keçidi ilə bağlı İslam Respublikası ilə dialoqa giriblər.
Moderator.az xəbər verir ki, bu haqda İsrailin "9-cu kanal" nəşri yazır.
İran dövlət televiziyası Şərqi Asiya ölkələrindən - Pakistan, Çin və Yaponiya da daxil olmaqla - gəmilərin gəlməsindən sonra Qərb tərəfdaşlarının da dialoqa qoşulduğunu açıqlayıb.
İran jurnalistlərinin sözlərinə görə, "Avropalılar da təhlükəsiz keçid üçün icazə almaq üçün İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə danışıqlara başlayıblar". Lakin Avropa ölkələrinin konkret siyahısı açıqlanmayıb.
Yəhudi mediası Avropanın bu addımını "Trampın kürəyinə bıçaq zərbəsi" adlandırıb.
Eyni zamanda, rəsmi Tehran bu dəniz dəhlizini tam nəzarətdə saxlamağa hazır olduğunu nümayiş etdirir. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi ölkənin boğazda gəmiçiliyin monitorinqi üçün artıq tam bir sistem qurduğunu açıqlayıb.
Sosial mediada rəsmi şəxs izah edib ki, İran suverenlik və qlobal ticarətin qorunması mülahizələrinə əsaslanaraq xüsusi təyin olunmuş marşrut üzrə nəqliyyatın tənzimlənməsi üçün peşəkar sistem yaradıb. Əzizinin sözlərinə görə, bu marşrutdan yalnız Tehranın ticarət şirkətləri və tərəfdaşları istifadə edə biləcək və onlar təhlükəsizlik üçün pul ödəməli olacaqlar.
Məclis üzvü sosial media platforması "X"-də yazaraq məhdudiyyətlərin necə paylanacağını xüsusi olaraq vurğulayıb: "Bu marşrut "Azadlıq Əməliyyatı" operatorları üçün bağlı qalacaq."
S.Laçın