MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünya
208
07 May 2026 | 23:41

MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ-ın hava zərbələrindən sonra İranın müharibədən əvvəlki ballistik raket arsenalının təxminən 70%-ni saxladığı qənaətindədir.

Moderator.az xəbər verir ki, bu barədə “The Washington Post“ (WP) mənbələrə istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarının nəticələri ilə tanış olan bir ABŞ rəsmisinə görə, İran müharibədən əvvəlki mobil buraxılış qurğularının təxminən 75%-ni və raket arsenalının təxminən 70%-ni saxlayıb.

Məlumata görə, hərbi əməliyyatlar başlamazdan əvvəl İranın arsenalında təxminən 2500 ballistik raket, eləcə də bir neçə min kamikaze dron olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər