Sabiq şahzadə Endryuya hücum edən şəxs saxlanıldı
Dünya
192
07 May 2026 | 23:15

Sabiq şahzadə Endryuya hücum edən şəxs saxlanıldı

Böyük Britaniya kralının qardaşı Endryu Mauntbetten-Vindzoru təhdid edən şəxs polis tərəfindən saxlanılıb.

Moderator.az "The Daily Telegraph" nəşrinə istinadən xəbər verir ki, hadisə mayın 6-sı yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 22:30 - red.) baş verib. İngiltərənin şərqindəki evinin yaxınlığındakı ictimai parkda itlərini gəzdirən sabiq şahzadəni görən maskalı şəxs avtomobildən düşərək ona doğru qışqırmağa başlayıb. Bildirilir ki, tərəflər arasında təxminən 50 metr məsafə olub. Kral ailəsinin üzvü mühafizəçisi ilə birlikdə yaxınlıqdakı avtomobilə minərək ərazini təcili tərk ediblər. Qeyd olunur ki, həmin şəxs onların arxasınca qaçmağa cəhd göstərib.

Hadisə Mauntbetten-Vindzorun fevral ayından bəri yaşadığı Sandringem malikanəsinin ərazisində, "Marsh Farm" fermer evinin yaxınlığında qeydə alınıb. Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini saxlayaraq dindirilmək üçün bölməyə aparıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilində də axtarış aparıblar. Məlumata görə, sabiq şahzadə baş verənlərdən ciddi sarsıntı keçirib. Polis həm ondan, həm də mühafizəçisindən insidentlə bağlı yazılı izahat alıb.

"The Daily Telegraph"ın qənaətinə görə, bu hadisədən sonra Endryunun təhlükəsizlik məsələsi yenidən müzakirə obyektinə çevriləcək. Xatırladaq ki, daha əvvəl Böyük Britaniya kralı III Çarlz qardaşının şəxsi mühafizə xidmətini maliyyələşdirməkdən imtina etmişdi.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər