ABŞ İraqın neft nazirinin müavininə qarşı sanksiyalar tətbiq edib
Dünya
154
07 May 2026 | 23:07

ABŞ İraqın neft nazirinin müavininə qarşı sanksiyalar tətbiq edib

ABŞ İraqın neft nazirinin müavini Əli əl-Bahadliyə, bir neçə enerji şirkətinə və İraqda fəaliyyət göstərən iki silahlı qruplaşmaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın qara siyahısında olanların hamısı İraqın suverenliyini sarsıdır, onun təbii sərvətlərini talan edir, İran hökumətini maliyyələşdirir və ABŞ vətəndaşlarına qarşı zorakılığa təhrik edir.

Əli əl-Bahadli İran neftinin İraq nefti ilə qarışdırılması və bu xam neftin Tehranın xeyrinə satılmasına kömək etməkdə ittiham olunur.

Sanksiyaların tətbiq edildiyi qruplaşmalar isə "Kətaib Seyyid əl-Şuhəda" və "Əsaib Əhli əl-Haqq" qruplaşmalarıdır ki, bu qruplaşmalar da terroru maliyyələşdirmək üçün İraq iqtisadiyyatından istifadə etməkdə ittiham olunurlar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər