Ərdoğan Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi
Dünya
222
17:30, Bu gün

Ərdoğan Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi

Mayın 3-5-də Avropa İttifaqı-Ermənistan sammitində iştirak üçün İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron siyasi simvolik bir jest etməyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə keçməyi planlaşdırırdı.

Səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, strateji müttəfiqi Azərbaycanla müzakirələrdən sonra o, Makrona rədd cavabı verib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "AZfront" "Telegram" kanalı bir neçə məlumatlı mənbəyə istinadən bildirib.

Ehtimal ki, Makron uğursuz xarici siyasətinin beynəlxalq tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini özünün diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransa prezidentinin 30 ildən çoxdur bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi ikitərəfli kommunikasiyaların üçüncü tərəf vasitəsilə açılmasına misligörünməmiş nümunə ola bilərdi.

Afrika və Yaxın Şərqi itirən, İsraillə münasibətləri pozan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Makronun bu uğursuz cəhdi bir daha öz geosiyasi ambisiyaları ilə Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı fərqi ortaya qoydu.

"Fransa diplomatiyası Makron dövründə sürətlə öz əhəmiyyətini itirir", - deyə Fransanın "Le Journal du Dimanche" qəzeti mayın 5-də yazıb.

Maraqlıdır ki, bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları rezonans doğurub. O bəyan edib ki, "İrəvanda özünü evdəki kimi hiss edir" və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması başladıqdan sonra erməni həmkarı Rubinyana təkliflər verərkən "Türkiyənin deyil, ermənilərin maraqlarını rəhbər tutub".

Azərbaycan KİV qeyd edir ki, onun ritorikası Türkiyə hökumətinin rəsmi xəttinə ziddiyyət təşkil edir və milli maraqlardan geri çəkilmək kimi qəbul edilə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər