Kruiz gəmisində ölümcül infeksiya: Üç sərnişin təxliyə edildi
Dünya
134
17:25, Bu gün

Kruiz gəmisində ölümcül infeksiya: Üç sərnişin təxliyə edildi

Hantavirus infeksiyasına yoluxduğu şübhəsi ilə "MV Hondius" kruiz laynerindən (gəmi) üç sərnişin təxliyə edilib və müalicə üçün Niderlanda göndərilib.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus məlumat verib.

"Hantavirus şübhəsi olan üç xəstə gəmidən təxliyə edilib və hazırda ÜST (Ümumdünya Səhiyyə Təşkilatı), gəminin operatoru və Kabo-Verde, Böyük Britaniya, İspaniya və Niderland milli hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə müalicə üçün Niderlanda göndərilir", - deyə o özünün "X" hesabında yazıb.

Tedros Adhanom Qebreyesus qeyd edib ki, təşkilat gəminin operatorları və milli səhiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində gəmidəki sərnişinləri, eləcə də artıq gəmidən gedənləri müşahidə altında saxlayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı bəyanatda bildirilir ki, "MV Hondius" kruiz laynerində hantavirus aşkarlanan sərnişinlərin sayı səkkizə çatıb.

"Mayın 6-na olan məlumata görə, xəstəliyə 8 yoluxma halı aşkarlanıb ki, bunlardan üçündə hantavirus infeksiyası laborator müayinələrlə təsdiqlənib", - deyə təşkilat bildirib.

Təşkilat qeyd edib ki, xəstələrə, onlar ünsiyyətdə olanlara, sərnişinlərə və ekipaj üzvlərinə təhlükəsizliyin təmin edilməsi və infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımi dəstək göstərilməsi məqsədilə təsir altında qalmış ölkələrin səlahiyyətli orqanları ilə işləməyə davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər