Dünya
140
21:10, Bu gün

"İranın heç bir şansı yoxdur" - Tramp

"ABŞ İranın Silahlı Qüvvələrini təxminən iki həftə ərzində faktiki olaraq məhv edib".

Moderator.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Ağ Evdə çıxışı zamanı bəyan edib.

"Onlar (İran) bizimlə oyun oynamağı xoşlamırlar. Qətiyyən xoşlamırlar. Siz bunu görəcəksiniz. Zamanla bunu başa düşəcəksiniz. Düşünürəm ki, artıq bunu görmüsünüz. Biz onların silahlı qüvvələrini təqribən iki həftəyə faktiki olaraq darmadağın etdik", - deyə Birləşmiş Ştatlar prezidenti iddia edib.

Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs dövründə hansı addımlardan çəkinməli olduğunu yaxşı bildiklərini də qeyd edib.

"Siz bu barədə məlumatlı olacaqsınız, çünki mən sizə xəbər verəcəyəm. Onlar nə edəcəklərini bilirlər, daha doğrusu və daha əsası, onlar nələri etməməli olduqlarını da yaxşı bilirlər", - deyə Ağ Ev lideri İranın hansı hərəkətlərinin atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcəyi ilə bağlı suala cavab verərkən bildirib.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı daha bir açıqlama da verib.

"Sizə bunu deyə bilərəm: İran razılaşma istəyir. İranda xoşuma gəlməyən şey odur ki, onlar mənimlə çox böyük hörmətlə danışırlar, sonra televiziyaya çıxıb "prezidentlə danışmamışıq!" deyirlər. Onlar oyun oynayırlar. Ümid edirəm ki, İranın maliyyə sistemi çökər. Onlar təslim olmaq üçün ağ bayraq qaldırmalıdırlar. İranın heç bir şansı yoxdur. Heç vaxt şansı olmayıb. Onlar bunu bilirlər. Mən onlarla danışanda bunu mənə deyirlər", - deyə o əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər