21:57
12°C
Bakı
Bu gün Rusiya qoşunları tərəfindən Ukraynanın Kramatorsk şəhərinin bombardman edilməsi zamanı 5 nəfər ölüb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində bildirib.
"Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiyanın aviabombalarla zərbə endirdiyi ərazidə xilasetmə əməliyyatı davam edir. Zərbə birbaşa şəhərin mərkəzinə, insanlara endirilib. Hazırda azı beş nəfərin yaralandığı və beş nəfərin həlak olduğu məlumdur. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Təəssüf ki, qurbanların sayı arta bilər", - o yazıb.
V.Zelenski qeyd edib ki, hadisə yerində xilasedicilər və tibb işçiləri işləyir.