ABŞ öz vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırdı
Dünya
153
18:10, Bu gün

ABŞ öz vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırdı

Bu gün ABŞ hökuməti öz vətəndaşlarını dərhal İraq ərazisini tərk etməyə çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatların Bağdaddakı səfirliyi təhlükəsizlik riskini 4-cü səviyyəyə qaldıraraq, ən yüksək xəbərdarlıq elan edib.

Səfirliyin açıqlamasında bildirilib ki, İraq hava məkanı yenidən açılsa da, hazırda yalnız məhdud sayda kommersiya uçuşları həyata keçirilir.

Qeyd olunub ki, İraq səmasında raketlər və dronlarla bağlı davam edən təhlükə mövcuddur və ölkə daxilində səyahət etməyi planlaşdıran şəxslər bu risklərdən xəbərdar olmalıdırlar.

Səfirlik bir daha ABŞ vətəndaşlarına 4-cü səviyyəli xəbərdarlığın qüvvədə qaldığını xatırladaraq vurğulayıb:

"İraqa səyahət etməyin. Əgər İraqdasınızsa, dərhal oranı tərk edin".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər