Baş Qərargah rəisi: 1552 ticarət gəmisi və 22 mindən çox dənizçi Körfəzdə qalıb
Dünya
194
17:35, Bu gün

Baş Qərargah rəisi: 1552 ticarət gəmisi və 22 mindən çox dənizçi Körfəzdə qalıb

Atəşkəsin elan olunmasından bəri İran ticarət gəmilərinə 9 dəfə atəş açıb, 2 konteyner gəmisini ələ keçirib və ABŞ qüvvələrinə 10 dəfədən çox hücum edib.

Moderator.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn mətbuat konfransında deyib.

O qeyd edib ki, hazırda 1552 ticarət gəmisində olan 22 500 dənizçi İranın Hörmüz boğazını bağlaması nəticəsində Körfəzdə qalıb.

Baş Qərargah rəisi vurğulayıb ki, lazım olduğu təqdirdə, ABŞ İrana qarşı hərbi əməliyyatlara yenidən başlamağa hazırdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər