Tramp ABŞ və İran münaqişəsinin bitəcəyi vaxtı açıqladı
Dünya
211
17:30, Bu gün

Tramp ABŞ və İran münaqişəsinin bitəcəyi vaxtı açıqladı

"Vaşinqtonla Tehran arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün təqribən iki-üç həftə vaxt lazım olacaq".

Moderator.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "The Hugh Hewitt Show" adlı podkastdakı müsahibəsi zamanı danışıb.

Dövlət başçısının fikrincə, hazırkı vəziyyət dinamikliyini qoruyur, amma bəzi şərtlər təmin edildikdə diplomatik danışıqlar prosesi kifayət qədər sürətlə irəliləyə bilər.

Birləşmiş Ştatların lideri əlavə olaraq vurğulayıb ki, İranın malik olduğu zənginləşdirilmiş uran istifadə üçün yararsız hala düşə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər