SEPAH rəsmisi:
Dünya
209
17:17, Bu gün

SEPAH rəsmisi: "ABŞ Hörmüz boğazı ilə bağlı hədəflərinə çata bilməyib"

"ABŞ İrana qarşı apardığı 40 günlük müharibə və ondan sonrakı dövrdə bütün resurslarını cəlb etsə də, Hörmüz boğazı məsələsində öz hədəflərinə nail ola bilməyib."

Moderator.az "Tasnim"ə istinadən xəbər verir ki, bu fikirləri regionda baş verən son prosesləri şərh edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının siyasi məsələlər üzrə müavini, general Yadollah Cavani səsləndirib.

O qeyd edib ki, hazırda ABŞ Prezidenti Donald Tramp üçün ən başlıca problem Hörmüz boğazının yenidən fəaliyyətinin bərpasıdır. Generalın sözlərinə görə, rəsmi Vaşinqton İrana qarşı həyata keçirdiyi 40 günlük müharibə müddətində və daha sonra bu məsələnin həlli üçün bütün vasitələrə əl atsa da, heç bir uğur qazana bilməyib.

SEPAH nümayəndəsi əlavə olaraq diqqətə çatdırıb ki, ABŞ-nin fevralın 28-də əvvəlki şəraitə geri dönmək və ya indiki status-kvonu dəyişdirmək üçün heç bir real imkanı yoxdur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər