Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünya
141
17:27, Bu gün

Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək

Türkiyə və Ermənistan tarixi Ani körpüsünü birlikdə bərpa edəcək.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak etmək üçün İrəvanda səfərdə olan Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə bildirib.

O, Türkiyənin bununla bağlı Ermənistanla müqavilə imzalandığını açıqlayıb.

Müqaviləni Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç və Ermənistanın Türkiyə ilə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan imzalayıblar.

Cevdet Yılmaz Ermənistan Baş naziri Nikol Paşinyanla məhsuldar görüş keçirdiyini də vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər