OPEC+ ölkələri neft hasilatının həddi ilə bağlı razılığa gəldilər
Dünya
133
16:45, Bu gün

OPEC+ ölkələri neft hasilatının həddi ilə bağlı razılığa gəldilər

OPEC+ alyansına daxil olan yeddi ölkə iyun ayında neft hasilatının yuxarı həddini sutkada 188 min barel artırmaq barədə razılığa gəlib.

Moderator.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu, Birləşmiş Ərəb Əmirliklərinin alyansdan çıxmasından sonra qəbul edilən ilk qərardır.

Müvafiq qərar Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın iştirakı ilə keçirilən onlayn konfransda qəbul edilib.

Dərc olunmuş rəsmi cədvələ əsasən, Rusiya iyun ayında neft hasilatını may ayı ilə müqayisədə sutkada 62 min barel artıraraq 9,8 milyon barelə çatdıra biləcək. Səudiyyə Ərəbistanına isə hasilatı sutkada 188 min barel artıraraq 10,3 milyon barelə çatdırmağa icazə verilib ki, bu da yeddi ölkə arasında ən yüksək göstəricidir. Ən aşağı hasilat kvotası isə Omanın payına düşür - bu ölkə iyun ayında sutkada 826 min barel neft hasil edə biləcək.

 

(oxu.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər