Keçmiş miqrant ABŞ-də yeparxiya rəhbəri təyin edildi
Dünya
216
09:50, Bu gün

Keçmiş miqrant ABŞ-də yeparxiya rəhbəri təyin edildi

Roma Papası XIV Leo ABŞ-nin Qərbi Virciniya ştatını əhatə edən Uilinq-Çarlston yeparxiyasının rəhbəri postuna vaxtilə ölkəyə qanunsuz yollarla gələn keçmiş miqrantı təyin edib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Fox News" telekanalı yayıb.

Mənbənin məlumatına əsasən, Evelio Menxivar-Ayala hələ yeniyetmə ikən Salvadordan ABŞ ərazisinə keçmək üçün dəfələrlə cəhd edib, lakin hər dəfə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Nəhayət, o, avtomobilin yük yerində gizlənərək Birləşmiş Ştatlara qeyri-qanuni şəkildə daxil olmağı bacarıb.

Bu vəzifəyə gətirilməzdən öncə, o, ABŞ hökumətinin miqrantlara qarşı yönəlmiş siyasətini insan hüquqları sahəsində ciddi problem kimi qiymətləndirərək tənqid edirdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər