İranın zərbələri nəticəsində ABŞ-nin zədələnən hərbi obyektlərinin sayı açıqlandı
Dünya
216
19:50, Bu gün

İranın zərbələri nəticəsində ABŞ-nin zədələnən hərbi obyektlərinin sayı açıqlandı

İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki azı 16 hərbi obyektinə ziyan vurub.

Moderator.az xəbər verir ki, bu barədə "CNN" telekanalı öz araşdırmasına istinadən məlumat yayıb.

"İran zərbələrinin səkkiz ölkədə ABŞ-nin azı 16 hərbi obyektini zədələdiyini demək olar. "CNN"in təhlilinə və mənbələrin məlumatına görə, bu, ABŞ-nin regiondakı hərbi mövqelərinin əsas hissəsidir və onların bəziləri artıq faktiki olaraq istifadəyə yararsızdır", - deyə telekanal bildirib.

Vəziyyətlə tanış olan amerikalı mənbə bəyan edib ki, o, ABŞ bazalarında indiyədək buna bənzər bir şey görməyib: "Bunlar müasir texnologiyadan istifadə edilməklə həyata keçirilən sürətli və hədəfəyönümlü zərbələr idi".

Xüsusilə, Küveytdəki "Kemp-Arifcan" bazasında peyk rabitə antenalarının yerləşdiyi altı müdafiə günbəzindən beşi məhv edilib. Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" və İordaniyadakı "Muvaffaq Salti" aviabazalarında radarlar zərbələrə məruz qalıb.

ABŞ Konqresindəki digər mənbə qeyd edib ki, radarlara dəyən ziyan ən təsirlidir, çünki onlar ABŞ-nin regiondakı ən bahalı və məhdud hərbi aktivləridir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər