Ağır yol qəzası baş verdi - 4 uşaq öldü, 3 nəfər yaralandı
Dünya
237
19:47, Bu gün

Ağır yol qəzası baş verdi - 4 uşaq öldü, 3 nəfər yaralandı

Yekaterinburq yaxınlığında yol qəzasında 4 uşaq ölüb, daha üç nəfər yaralanıb.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, "Renault" markalı avtomobil qarşıdan gələn "Toyota" ilə toqquşub, nəticədə avtomobil yük maşınına, daha sonra isə başqa bir avtomobilə çırpılıb və alovlanıb.

"Renault"da olan 5 nəfərdən dördü ölüb.

İlkin məlumatlara görə, ölənlər yetkinlik yaşına çatmayan şəxslərdir, polis onların şəxsiyyətini müəyyənləşdirir.

2009-cu il təvəllüdlü digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər