Pərbi poliqonda yanğın baş verdi - 1500-dən çox insan təxliyə olundu
Dünya
281
30 Apr 2026 | 22:20

Pərbi poliqonda yanğın baş verdi - 1500-dən çox insan təxliyə olundu

Niderlandda böyük yanğın səbəbindən müvəqqəti yerləşdirmə mərkəzindən 1,5 mindən çox qaçqın şəxs təxliyə edilib.

Moderator.az xəbər verir ki, bu barədə Niderlandın "NU.nl" portalı məlumat yayıb.

Hadisə Şimali Brabant vilayətində, Budel şəhəri yaxınlığında yerləşən mərkəzdə qeydə alınıb. Yanğının yaxınlıqdakı hərbi poliqonda baş verdiyi və nəzarət altına alınmasının mümkün olmadığı bildirilir.

Yanğına üçüncü təhlükə kateqoriyası verilib və onun ətraf mühit üçün real risk yaratdığı qeyd olunur. Alovun artıq Kempen hava limanının ərazisinə keçdiyi və aviasiya yanacağı saxlanılan rezervuarlara yaxınlaşdığı bildirilir.

Yanğının söndürülməsinə 130-dan çox yanğınsöndürən cəlb olunub, hərbi texnika və helikopterlərdən istifadə edilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər