İsveçrədə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı açılmış cinayət işi prosessual maneələr səbəbindən dayandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin radioteleviziya saytı məlumat yayıb.
Məhkəmə sədri qərarı G.Kərimovanın Özbəkistanda həbsdə olması və faktiki olaraq ölkəni 2028-ci ilin dekabrına qədər tərk edə bilməməsi ilə əsaslandırıb.
Bununla belə, çirkli pulların yuyulmasında ittiham olunan "Lombard Odier" bankı və onun aktivləri üzrə keçmiş idarəçisinə qarşı məhkəmə prosesi davam edir.
Xatırladaq ki, 2019-cu ildə Özbəkistan məhkəməsi G.Kərimovanı 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. O, Daşkənd yaxınlığındakı 21 saylı qadın koloniyasında cəza çəkir.
G.Kərimova bir neçə ölkədə açılmış cinayət işlərinin fiqurantıdır və bu çərçivədə 10-a yaxın dövlətdə onun daşınmaz əmlakı və bank hesablarındakı yüzmilyonlarla dollar vəsaiti dondurulub.