ABŞ-nin Türkiyədəki səfiri:
Dünya
268
28 Apr 2026 | 22:20

ABŞ-nin Türkiyədəki səfiri: "Sülh içində yeni Cənubi Qafqaz regionu formalaşır"

"Sülh içində yeni Cənubi Qafqaz regionu şəkillənir".

Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Qars-Gümrü dəmir yolu xəttinin bərpası üzrə Türkiyə və Ermənistan arasında yaradılan birgə işçi qrupunun iclasının keçirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu hadisə "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu"nun (TRIPP) müəyyənləşdirdiyi baxışı və 8 avqust 2025-ci il tarixində Ağ Evdə ABŞ prezidentinin ev sahibliyi ilə keçirilən tarixi sülh zirvəsinin nəticələrini əks etdirir.

"Türkiyə və Ermənistanın iki ölkə iqtisadiyyatını və xalqını yenidən birləşdirmək istiqamətində atdıqları son addımları təqdir edirəm. Prezident Trampın bölgədə sabitlik və rifahı təmin etmək öhdəliyinə uyğun olaraq, bir-birinə bağlı və sülh içində yeni Cənubi Qafqaz formalaşır" , - deyə diplomat vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər