Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı qlobal bazarda neft təklifinin artmasına və Yaxın Şərq ölkələri arasında parçalanmanın dərinləşməsinə gətirib çıxara bilər.
Bu barədə “La Repubblica” qəzeti yazır.
Nəşr qeyd edir ki, dünyanın ən böyük neft istehsalçılarından birinin belə bir addımı qlobal miqyasda son onilliklərin ən ağır enerji böhranı fonunda atılır.
Bununla yanaşı, əgər Əbu-Dabi hasilatı artırmaq qərarına gəlsə və artıq kvota məhdudiyyətlərinə tabe olmasa, orta müddətli perspektivdə bazarda neft təklifinin artması mümkündür.
Qəzet vurğulayır ki, regionda baş verən son hadisələr, o cümlədən ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda yaranan yeni enerji reallıqları bəzi Körfəz ölkələrini daha müstəqil siyasət yürütməyə sövq edir və bu da regionda sabitliyi zəiflədə bilər.