Peter Magyar Zelenski ilə görüşməyi planlaşdırır
Dünya
268
28 Apr 2026 | 21:30

Peter Magyar Zelenski ilə görüşməyi planlaşdırır

Macarıstanın “Tisa” partiyasının lideri Peter Magyar Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, Magyar bu barədə "Facebook" hesabında yazıb.

O bildirib ki, görüşün əsas məqsədi Zakarpatya bölgəsində yaşayan macar milli azlığının hüquqlarının bərpasını müzakirə etməkdir. Magyar bu görüşü iyunun əvvəlində Ukraynanın Bereqovo şəhərində keçirməyi təklif edib.

O, Budapeştdə Bereqovo şəhərinin meri Zoltan Babiyak ilə görüşdən sonra bildirib ki, tərəflər Macarıstan-Ukrayna münasibətlərinin yeni səviyyəyə qaldırılmasının zəruriliyi barədə ortaq qənaətə gəliblər.

Magyarın sözlərinə görə, bu görüş həm simvolik, həm də praktiki əhəmiyyət daşıyacaq, çünki Bereqovoda əsasən macar icması yaşayır.

Link kopyalandı!
Son xəbərlər