İranda 20 min müəssisə sıradan çıxıb
Dünya
225
21:20, Bu gün

İranda 20 min müəssisə sıradan çıxıb

ABŞ və İsrailin İrana endirdiyi aviazərbələr ölkənin sənayesinə ciddi ziyan vurub və genişmiqyaslı işsizliyə səbəb ola bilər.

Modürator.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, bombardmanlar zamanı minlərlə zavoda ziyan dəyib, ümumilikdə 20 min müəssisə - ölkənin istehsal güclərinin təxminən 20%-i sıradan çıxıb. Bu müəssisələr arasında iri əczaçılıq holdinqləri, optika və kimya zavodları, alüminium və sement istehsalçıları da var.

Ən böyük ziyan poladəritmə və neft-kimya sahələrinə dəyib. İki ən iri polad istehsalçısı və 50-dən çox neft-kimya kompleksi işini dayandırıb.

Agentlik qeyd edir ki, İranın əmək nazirinin müavininin sözlərinə görə, müharibə nəticəsində birbaşa azı bir milyon iş yeri itirilib. İqtisadçılar isə əlavə olaraq 10-12 milyon iş yerinin - ölkənin əmək qüvvəsinin təxminən yarısının - risk altında olduğunu bildirirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər