Donald Tramp:
Dünya
277
20:50, Bu gün

Donald Tramp: "Həmişə Bukingem sarayında yaşamaq istəmişəm"

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın "The Daily Mail" qəzetində onun Britaniya kral ailəsi ilə qohumluq əlaqələrinin olduğunu iddia edən məqaləyə yumorla reaksiya verib.

Moderator.az xəbər verir ki, D.Tramp özünün "Truth Social" platformasındakı hesabında etdiyi paylaşımda zarafatla çoxdandır Bukingem sarayında yaşamaq arzusunda olduğunu bildirib.

"Həmişə Bukingem sarayında yaşamaq istəmişəm. Bir neçə dəqiqədən sonra bunu Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamilla ilə müzakirə edəcəyəm" , - deyə Ağ Evin rəhbəri qeyd edib.

Xatırladaq ki, aprelin 27-də Kral III Çarlz və həyat yoldaşı Kamilla 2007-ci ildən bəri ABŞ-yə ilk rəsmi dövlət səfərinə gediblər. Səfər aprelin 30-dək davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər