Rusiyadan avropalı məmurlarla bağlı qadağa
Dünya
266
19:00, Bu gün

Rusiyadan avropalı məmurlarla bağlı qadağa

Rusiya Ukrayna Silahlı Qüvvələrinə kömək edən avropalı məmurların və Avropa İttifaqı (Aİ) ölkələri nümayəndələrinin ölkəyə girişini qadağan edib.

Moderator.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib və müvafiq qərar dərc edib.

Məlumata görə, Avropa institutlarının nümayəndələri üçün Rusiyaya giriş qadağalarının siyahısı genişləndirilib. Sənəddə Aİ nümayəndələrinin Rusiya Federasiyasının ərazi bütövlüyünə qarşı təxribatçı fəaliyyətlə məşğul olduğu iddia edilir.

Qeyd edilir ki, bu qərar Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinə cavab olaraq qəbul edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər