Britaniyada yanacaq kəskin bahalaşdı
Dünya
190
18:45, Bu gün

Britaniyada yanacaq kəskin bahalaşdı

Britaniyada yanacağın kəskin bahalaşması kütləvi narazılığa səbəb olub.

Moderator.az bildirir ki, bu barədə "Standard" nəşri yazıb.

Xəbərdə bildirilir ki, Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar benzin və dizel qiymətlərinin sürətlə artması Londonun mərkəzində hökumətin passivliyinə qarşı nümayişlərə gətirib çıxarıb.

Aksiya son ictimai rəy sorğularında öndə gedən sağçı populist "Reform UK" partiyasının təşkilatçılığı ilə keçirilib. Böyük Britaniya Xəzinədarlığının binası qarşısında baş tutan mitinqə onlarla yük maşını sürücüsü, fermer və partiya üzvü qatılıb.

İştirakçıların bir qismi "Gəlin Britaniyanı Böyük Edək" yazılmış bayraqlar dalğalandırıblar. Tədbirdə İcmalar Palatasının deputatları Robert Cenrik, Riçard Tays, Sara Poçin və digər partiya nümayəndələri də iştirak ediblər.

Nümayişçilərin sözlərinə görə, digər ölkələrin hökumətləri yanacaq böhranının təsirlərini azaltmağa çalışdığı halda, rəsmi London faktiki olaraq fəaliyyətsizlik nümayiş etdirir.

Robert Cenrik bildirib: "Bu gün maliyyə naziri Reyçel Rivzə etirazımızı çatdırmaq məqsədilə Xəzinədarlığın qarşısına toplaşmışıq. Dünyanın bir çox ölkəsində hökumətlər yanacağın bahalaşmasına görə vətəndaşlarına dəstək üçün operativ addımlar atır, Britaniyada isə heç bir tədbir görülmür".

Aksiya iştirakçıları əhali üçün ünvanlı sosial yardımların ayrılmasını və vergi güzəştlərinin tətbiqini tələb ediblər.

İran ətrafında münaqişə başlayandan sonra Britaniyada benzinin bir litrinin qiyməti təxminən 25% artaraq 1,57 funt sterlinqə, dizelin qiyməti isə 49% bahalaşaraq 1,89 funt sterlinqə yüksəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər