Bu ölkədə qadın qatilləri ömürlük HƏBS EDİLƏCƏK
Dünya
301
18:34, Bu gün

Bu ölkədə qadın qatilləri ömürlük HƏBS EDİLƏCƏK

Rumıniya milli qanunvericiliyinə rəsmən "femisid" anlayışını daxil edib və gender nifrəti zəminində, yaxud ailə münaqişələri zamanı qadınlara qarşı törədilən qətllərə görə cəzaları əhəmiyyətli dərəcədə sərtləşdirib.
 
Moderator.az xəbər verir ki, müvafiq qanun ölkə lideri Nikuşor Dan tərəfindən təsdiqlənib və bu barədə prezidentin rəsmi sosial şəbəkə səhifələrində məlumat paylaşılıb.
 
Paylaşımda qeyd olunur ki, qəbul edilən tədbirlər vətəndaşların müdafiəsi üçün konkret mexanizmlər yaratmaq məqsədi daşıyır:
 
"Qadınlara qarşı zorakılıq çox uzun müddət ya görməzdən gəlinib, ya da kifayət qədər effektiv şəkildə nəzərdən keçirilməyib. Yeni qanuna əsasən, femisid - yəni cinsiyyət əlamətinə görə nifrət zəminində və ya məişət zorakılığı çərçivəsində qadının öldürülməsi - artıq 15 ildən 25 ilə qədər həbs və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər