"ABŞ-nin İrana zərbələri zamanı digər ölkələrin köməyinə ehtiyacı olmayıb. Vaşinqtonun yardımla bağlı hər hansı sorğusu sadəcə NATO çərçivəsindəki müttəfiqlərin nə dərəcədə etibarlı olduğunu yoxlamaq üçün bir sınaq idi".
Moderator.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəhbəri Donald Tramp BBC-yə verdiyi müsahibədə bildirib.
"Onlar mənə qətiyyən lazım deyildilər, lakin orada olmalı idilər. Sözsüz ki, mən onlara ehtiyac duymurdum. Biz İranın hərbi gücünü tamamilə məhv etdik. Mənim heç kimə ehtiyacım yox idi", - deyə Donald Tramp vurğulayıb.
O əlavə edib ki, ABŞ-nin tərəfdaşlarına ünvanladığı dəstək məsələsini xahiş deyil, daha çox test hesab edib.
İranla razılaşmaların perspektivlərindən danışan ABŞ prezidenti əminliyini bildirib ki, qarşı tərəf sövdələşməyə can atır. O qeyd edib ki, müşahidələrinə görə, Vaşinqtonun addımları çox yaxşı nəticə verir.