03:32
9°C
Bakı
İran və ABŞ arasında münaqişənin nizamlanması üzrə İslamabadda keçirilən danışıqlar prosesi hazırda faktiki olaraq dondurulub.
Moderator.az bildirir ki, bu barədə "Al-Arabiya" telekanalı pakistanlı mənbəyə istinadən xəbər verir.
"Danışıqların ləğv edilməsindən söhbət getmir, lakin hazırda onlar dayandırılıb, tam mənası ilə dondurulub. Danışıqların davam etdirilməsi üçün həm İran, həm də ABŞ tərəfindən güzəştlər tələb olunur", - deyə məlumatda vurğulanır.
Eyni zamanda, pakistanlı diplomat qeyd edib ki, danışıqlarda irəliləyiş çox zəifdir. Bildirilir ki, müzakirələrdə əsas maneə hələ də ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının davam etməsidir. İran bu blokadanın aradan qaldırılmasını dialoqun davam etdirilməsi üçün əsas şərt adlandırır.