İran Prezidenti Məsud Pezeşkian və parlamentin spikeri Məhəmməd Baqir Qalibaf ölkə rəhbərliyində ABŞ-yə qarşı növbəti addımlarla bağlı ciddi fikir ayrılıqlarının olması barədə xəbərləri təkzib ediblər.
Moderator.az xəbər verir ki, M.Pezeşkian və M.B.Qalibaf bu barədə "X" platformasında yazıblar.
"Bizdə radikallar və mötədillər yoxdur. Hamımız iranlıyıq və inqilabçıyıq, xalqın və dövlətin polad birliyi, ali rəhbərə tam tabeçiliklə cinayətkar təcavüzkarı etdiklərinə peşman edəcəyik", - deyə M.Pezeşkian qeyd edib.
İslamabadda ABŞ ilə keçirilən danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən M.B.Qalibaf da eyni məzmunlu mesaj paylaşıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" platfromasında İranda döyüş meydanında məğlub olan sərt xətt tərəfdarları ilə mötədillər arasında daxili mübarizənin getdiyini yazmışdı.