ABŞ prezidenti sərt danışdı:
Dünya
321
19:50, Bu gün

ABŞ prezidenti sərt danışdı: "İran razılaşmasa, boğaz bağlı qalacaq"

ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Hörmüz boğazı Birləşmiş Ştatlar tərəfindən "sıx möhürlənib" və Tehran Vaşinqtonla razılığa gələnədək bu vəziyyət davam edəcək.

Moderator.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.

"Hörmüz boğazı üzərində tam nəzarətimiz var. Heç bir gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan daxil ola və ya çıxa bilməz. İran razılaşma bağlaya biləcək vəziyyətə gələnə qədər boğaz sıx şəkildə möhürlənib", - deyə Vaşinqton administrasiyasının rəhbəri vurğulayıb. O, bununla Birləşmiş Ştatlar tərəfindən İranın dəniz limanlarının blokadasını nəzərdə tutub.

"İran öz liderinin kim olduğu məsələsini can verə-verə həll edir. Onlar sadəcə bunu bilmirlər. Mübarizə döyüş meydanında ağır şəkildə uduzan "sərt xətt tərəfdarları" ilə heç də o qədər mötədil olmayan, lakin hörmət qazanan "mötədillər" arasında gedir. Bu, sadəcə dəlilikdir", - deyə Donald Tramp hesab edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər