Xameneini Pezeşkian özü müalicə edib
Dünya
341
19:20, Bu gün

Xameneini Pezeşkian özü müalicə edib

İranın bəzi yüksək vəzifəli rəsmiləri İsraildən mümkün hücum qorxusu səbəbindən ölkənin Ali lideri Müctəba  Xameneyi ilə birbaşa təmasdan yayınırlar.

Moderator.az Crossmedia.az-a istinadla xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata əsasən, təhlükəsizlik riskləri fonunda Xamenei ilə əlaqə əsasən kuryerlər vasitəsilə çatdırılan əlyazma qeydlərlə saxlanılır.

İddialara görə, o, bir neçə əməliyyat keçirib və üz nahiyəsində yanıq xəsarətləri alıb, lakin buna baxmayaraq hökumət işlərində iştirakını davam etdirir.

Həmçinin bildirilir ki, İran prezidenti Məsud Pezeşkian və səhiyyə naziri onun müalicə prosesində şəxsi şəkildə iştirak edir.

Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və yalnız media iddiaları kimi təqdim olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər