NYT: Müctəba Xamenei xəsarətləri səbəbindən tam idaretməni icra edə bilmir
Dünya
263
19:10, Bu gün

NYT: Müctəba Xamenei xəsarətləri səbəbindən tam idaretməni icra edə bilmir

İranın Ali rəhbəri ayağından üç cərrahi (protez yerləşdirilməsi ehtimalı da daxil olmaqla), eləcə də əlindən əməliyyat olunub.

Moderator.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Yazıda Müctəba Xameneinin ağır üz və dodaq yanığı səbəbindən danışmaqda çətinlik çəkdiyi, onunla bağlı gələcəkdə plastik cərrahiyyə əməliyyatı planlaşdırıldığı bildirilir.

Nəşrin mənbələrinin bildirdiyinə görə, hazırda İranın yeni Ali rəhbəri bu vəziyyətdə atasının dövründə olduğu kimi eyni mərkəzləşdirilmiş idarəetməni icra edə bilmir və onun səlahiyyətlərin bir hissəsi SEPAH-ın yüksək rütbəli komandirlərinə keçib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər