ABŞ Dövlət Departamenti İran hava məkanının qismən yenidən açılmasından sonra ABŞ vətəndaşlarına o ölkəni tərk etməyi tövsiyə edib.
Moderator.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.
"21 aprel tarixindən etibarən İran hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşları İranı indi tərk etməli, aktual informasiya almaq üçün yerli KİV-i izləməli və İrandan həyata keçirilən uçuşlarla bağlı əlavə məlumat üçün kommersiya daşıyıcıları ilə əlaqə saxlamalıdırlar. İranı tərk etməyə çalışan ABŞ vətəndaşları bunu Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan vasitəsilə quru yolu ilə də edə bilərlər", - deyə məlumatda bildirilib.
Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarına Əfqanıstan, İraq və Pakistanın İranla həmsərhəd olan ərazilərinə səyahət etməməyi tövsiyə edib.
İranı tərk edə bilməyən ABŞ vətəndaşlarına növbəti xəbərdarlığadək yaşayış yerlərində - evlərində, hotellərdə və ya digər binalarda qalmaları, eləcə də pəncərələrdən uzaq durmaları tövsiyə olunub.